Menu

Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında uçuşlar keçirir - FOTO

15.09.2020, 14:50
Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında uçuşlar keçirir - FOTO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında uçuşlara başlayıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları Bakı şəhərinin işğaldan azad olunmasının 102-ci ildönümünə həsr olunub.

Uçuşlara döyüş təyyarələri və helikopterləri cəlb olunub.

***

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol