“Azərbaycan-Türkiyə qardaşlığı pozulmazdır” - Türk əsgərlərinin xatirəsinin anım mərasimi keçirilib + FOTOLAR

“102 il əvvəl Bakının Azərbaycan ordusu ilə birgə türk əsgərləri tərəfindən azad edilməsi Azərbaycan və Türkiyəyə qarşı planlaşdırılmış məkrli oyunlara son verdi. Şəhidlərimiz Azərbaycan-Türkiyə qardaşlığının pozulmaz olduğunu sübut etdilər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci ildə Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad edilməsində iştirak edən türk əsgərlərinin xatirəsinin illik anım mərasimində deyib.

“Biz - Türkiyə və Azərbaycan müstəqilliyimizi Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinə borcluyuq. Onların qəhrəmanlıqları sayəsində iki müstəqil ölkədə yaşayırıq. Bu gün və bundan sonra da “Bir millət, iki dövlət” devizi altında irəliləməyə hazırıq”, - diplomat bildirib.

635x100

Şərhlər

Xalq 2020-09-15 17:53:32

Türkiyə və Azərbaycan tarixin bütün sınaqlarından alnı-açıq, üzü-ağ çıxmışdır. Bir yerdə çiyin-çiyinə bu gündən sonra da yaşamağa məhkumuq. Hər iki dövlət var olsun. Bizi istəməyən irticaçı qüvvələr tari

Son yazılar