AZAL 8 ayda 489 min sərnişin daşıyıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nәqliyyatı ilә 491,3 min nəfər sərnişin daşınıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,5% azdır.

8 aylıq daşımaların 99,5%-i və yaxud 488,85 min nəfəri dövlәtə məxsus ("Azərbaycan Hava Yolları" QSC - AZAL) nəqliyyat vasitələri, 0,5%-i və yaxud 2,45 min nəfəri isə özәl müәssisәlәrә mәxsus nәqliyyat vasitәlәri ilә hәyata keçirilib.

Son 1 ildə hava nəqliyyatı ilə yükdaşımaların həcmi isə 2,2 dәfә artaraq 277 min ton olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar