Menu

Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub

15.09.2020, 17:42
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub

2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Nazirlər Kabinetinə təqdim olunub.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, "Büdcə sistemi haqqında” qanuna və “2021-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 24 yanvar 2020-ci il tarixli sərəncamına uyğun olaraq, gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti 3 il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol