Rusiyada daha 132 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son bir gündə daha 5 670 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 079 519 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 132 nəfər artaraq 18 917-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 890 114 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 750 nəfər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar