Türkiyə Marneuli hərbi aeroportunun modernləşdirilməsinə vəsait ayıracaq

Türkiyə Gürcüstanın Marneulidəki hərbi aerodromunun modernləşdirilməsinə 1,5 milyon lirə (200 min dollara yaxın) vəsait ayıracaq.

Logistika sahəsinə aid 2 protokol Gürcüstan hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında müzakirə olunub və Gürcüstan parlamentinin daimi müdafiə və təhlükəsizlik komitəsinin iclasının gedişində ratifikasiya edilib.

Komitənin sədri İrakli Sasiaşvili iclasın yekunlarına görə, maliyyə dəstəyi üçün Türkiyə tərəfə təşəkkür edib və bildirib ki, parlament hər il belə sazişləri ratifikasiya edir.

Türkiyə və Gürcüstan arasında hərbi-maliyyə əməkdaşlığı barədə saziş 2016-cı ilin sonunda imzalanıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar