Menu

ABŞ koalisiyası İŞİD-ə yeni zərbələr endirib

09.10.2014, 08:50

publika.az1409042137isid vuruldu1408081954ABŞ qüvvələri müttəfiqləri ilə birlikdə Suriyanın Kobani şəhəri yaxınlığında İslam Dövləti (İD) qruplaşmasının hədəflərinə səkkiz hava zərbəsi endirib.

Oktyabrın 8-də yaydığı bəyanatda ABŞ Mərkəzi Komandanlığı bildirib ki, bütün əlamətlər Kobaninin hələ də kürd döyüşçülərinin nəzarətində olduğunu göstərir.

Bəyanata görə, hava zərbələri bir neçə hədəfi dağıdıb. Buraya beş silahlı maşın, təchizat anbarı, komandanlıq və nəzarət obyekti, səkkiz kazarma daxildir.

Daha öncə Pentaqon etiraf edib ki, Kobani süqut edə, İD yaraqlıları daha çox ərazini tuta bilərlər.

ABŞ Prezidenti Barack Obama bəyan edib ki, ABŞ-ın İraq və Suriyada İD yaraqlılarına qarşı uğur qazanacağına əmindir. Obama oktyabrın 8-də Vaşinqtonda ordu rəsmiləri görüşdən sonra danışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol