Menu

“Kərəm Həsənovdan soruşmaq lazımdır ki, bu qədər pul sənin bacında haradandır?” – Hikmət Hacızadə

16.09.2020, 13:26
“Kərəm Həsənovdan soruşmaq lazımdır ki, bu qədər pul sənin bacında haradandır?” – Hikmət Hacızadə

“Təəssüf ki, insanlar rasional düşünmək əvəzinə, belə cəfəng işlərlə məşğuldur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Kərəm Həsənovun bacısının əlində o qədər vəsaitin necə toplanmasını araşdırsınlar. Soruşmaq lazımdır ki, bu qədər pul hardandır ki, falçıya verirsən? Əslində, bu sualı hakim verməlidir. Bəlkə, falçı inkar edəcək ki, pul almayıb, çünki bunu sübut etmək lazımdır. Rəna Ağarzayeva o qədər pulu notarius vasitəsilə verməyibsə, sübut etmək çətin olacaq. Bunlar mövhumatın yaratdığı tragikomediyadır”.

Bu sözləri politoloq Hikmət Hacızadə Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun bacısının falçıya külli miqdarda – yarım milyon manat pul verməsi barədə məhkəmə çəkişməsini şərh edərkən bildiririb.

Hikmət Hacızadə Kərəm Həsənovun illərdir vəzifədə qaldığını xatırladaraq bildirib ki, onun karyera yüksəlişi sual doğurur. "Nəzərə alın ki, Kərəm Həsənov kiçik vəzifə daşımayıb, ölkənin əmlakına nəzarət edirdi. Soruşmaq lazımdır ki, sənin bacında bu qədər pul hardandır belə axmaq iş üçün xərcləyir. Deməli, onlar üçün milyon xırda puldur”, - politoloq bildirib. 

Xatırladaq ki, Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq Ceyhun Zeynallı tərəfindən aldadıldığını bildirir. Məhkəmənin qərarı ilə Zeynallı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hallarına hüquqi qiymət verilməsini təmin etmə) təqsirləndirildiyi bildirilib. Həmin maddənin 3.2. bəndi isə bu əməlin külli miqdarda ziyan vurmaqla törədilməsi hallarını əhatə edir.

Məhkəmə hökmündə qeyd olunub ki, Rəna Ağarzayevanın iddiası əsasında 201900094 saylı cinayət işin başlanmasının səbəbi ona məxsus 397 min manatın mənimsənilməsidir.

Məhkəməyə göndərilən təqdimatda deyilir ki, Şəfəq İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Ceyhun Zeynallı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində “İnstagram” sosial şəbkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiyada yaşayan Dmitri adlı baxıcı kimi təqdim edib, kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Bu məqsədlə Şəfəq İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın etibarından sui-istifadə edərək 2017-ci ildən 2020-ci ili əvvələrinə kimi ondan 397 min manat pul mənimsəyib: "Başlanan cinayət işi üzrə məhkəməyə göndərilən təqdimata görə, Şəfəq İsmiyeva Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə 397 min manatın mənimsəyib".

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatındadır.

Şərhlər

Eli 2020-09-17 01:28:41

Vallah bir terefden baxırsan Maşallah sifetinden nur tökülur Maşallah maşallah Deputat qardaşı da bundan nurludur Xoşbext milletik da daha niye naşükürlük edirik bilmirem.

Eli 2020-09-17 01:22:04

Bu Hikmet müellimin heç savadı yox imiş .Adam matı mehettel qalır ay kişi bele olmaz da qotun kişi millet üçün gördüyü işleri axıra çatdırsın da .Bu Hikmet müellim çıx paxıl ve xalqını istemeyen adamdır.

Eli 2020-09-17 01:08:56

Hikmet müellim Siz ne qeder “savadsızz” insansız .Kerem müellim ömrü boyu maaşa qulluq eden aade Xalq adamı olub Onu şerlemeyin O ne bilsin ki onun bacısının heyat yoldaşı hansı kortupxiya işleti ile meşğuldur.Allahsız olmayın Qoyun kişi milleti bir yana çıxartdın.zBele olmaz Hikmet müellim.

pensioner 2020-09-16 18:01:50

Pullar ona dədəsindən,dədəsinə isə babasından qalıb.

Rabitəçi. 2020-09-16 17:05:12

Allah eləməsin Kərəm müəllimə bir zad olsa,onda vay NRYT(rabitə)nazirin müavini Əli Abdullayevin halına.

məhkəməyə 2020-09-16 17:05:10

bunun yaxşı pulu var haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!

Oxucu 2020-09-16 16:59:16

Vallah ayıbdır bəyəm bu boyda vəzifə sahibini sorğu-suala tutmaq olar,bu Hikmət bəydə lap ağını çıxardıb,elə bil riyaziyat,fizika fəndidir sual edəsən,Allah eləməsin deyəkki o,boyda məmuru sorğu-sual etdiniz,onda belə çıxır Rabitə nazirin 1-ci müavini Əli qağanıda narahat edəsinizdə, onda iş gedib çıxar hörmətli akademikimiz Ramiz qağamıza.Bu Hikmətdə lap ağını çıxardıbeeee.....

Eli 2020-09-16 16:05:40

Edalet müellim sehviniz var bizim hörmetli nazirlere (sabiq ve ya действующий» söz olabilmezbunlar çox qüdretlidirler ve bilirler kime ve ya kimlere qulluq edirler.Milletin yeain ki bunlar üçün@İngilis mizan terezisi qurulandahaqqını hslal etmeyecek.Xalq hele sıyun şırıltısına qulaq asır.Zamzn gelecek her şey öz yetine qoyulacaq o cümleden milletin adından danışıb ona xeyanet eden nszirler ve memurlar da.

Ədalət 2020-09-16 15:36:57

Dünyada yeganə ölkəyik,ki nazirlər korrupsiya ittihamı ilə həbs edilmir.Nə yedin,sənindir !

t.ədalət 2020-09-16 14:29:02

Əmlak komitə\sini şəxsi biznesə çevirən Kərəm Həsənovda ən azı ölkənin iyirmi illik büdcə vəsaiti var.

Mehdi 2020-09-16 14:08:11

Keremden ne sorusacaqsinizki,men deyim hardan alib bu qeder pulu.Ölkede ne qeder evlerin senedleridi(kupcalar)torpaqlarin satisi(ölkədə torpaq qalmayibki)hamisini kerem əkə ekisdirib.Zavodlarin fabrikalarin,ne bilim nelerin butun pullarini o əkisdiribdəə.Onda yoxdusa 4-5 milrard pul var,1 milyon onun ucun nədirki.Ölkeni onun kimiler talayib qurtariblar.

Surxay 2020-09-16 14:06:15

indi bu şəxsə deyən olacagmı istefa versin?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol