“Azərbaycanın da, Gürcüstanın da ərazisinin bir hissəsi işğal edilib. Ancaq bir çox dostumuzun Gürcüstana verdiyi dəstəklə Azərbaycana verdiyi dəstək arasında fərq var. Bunu səbəbini sorğulamalıyıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi Yönet Can Tezel bildirib.
“Bir çox hallarda ikili standartlarla üzləşirik. Amma bu bizi dayandırmamalıdır”, - o əlavə edib.


Şərhlər
Sülh yolu ilə Qarabağı qaytarmaq mümkün deyil. 30 ilə qaytara bilmədiyimiz torpaqları daha 30 il gözləyə bilmərik. Qarabağı qaytarmalıyıq , vəssalam!