Menu

Türkiyədə gərginlik səngimir: 22 ölü, 100-dən artıq yaralı - Fotolar

09.10.2014, 09:53
Türkiyədə gərginlik səngimir: 22 ölü, 100-dən artıq yaralı - Fotolar

Türkiyənin Mardin şəhərində baş verən iğtişaşlar zamanı daha bir nəfər öldürülüb.

APA-nın verdiyi xəbərə görə, bununla Suriyanın Kobani şəhərinin İŞİD terror təşkilatı tərəfindən tutulmasına etiraz olaraq Türkiyədə keçirilən aksiyalarda ölənlərin sayı 22 nəfərə çatıb. Rəsmi qaynaqlar hadisələr zamanı 100-dən çox şəxsin yaralandığını bildirir.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə dünən keçiridyi mətbuat konfransında baş verən hadisələrin araşdırılacağını, “cözüm sürəci” adı ilə zorakılığa imkan verilməyəcəyini bildirib: “Nazirlər Kabinetində Daxili İşlər Nazirliyinin koordinatorluğu ilə 24 saat fasiləsiz çalışacaq bir mərkəz qurduq, bütün valiliklərlə bərabər işləyəcək, hər bir şəhərdə baş verən olayın arxa planı araşdıracağıq. Bu hadisələri törədənlər qanun qarşısında cavab verəcəklər. Kimsə bu cür zorakılıqların hesabının sorulmayacağını düşünürsə, yanılır. Tək-tək hesabını soracağıq”.

[gallery columns="4" ids="60425,60426,60427,60428,60429,60430,60431,60432"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol