Menu

Avropa Məhkəməsi Rauf Mirqədirova görə Azərbaycanı cərimələdi - 20 MİN AVRO

17.09.2020, 15:51
Avropa Məhkəməsi Rauf Mirqədirova görə Azərbaycanı cərimələdi - 20 MİN AVRO

Bu gün - sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) "Rauf Mirqədirov Azərbaycana qarşı" işi üzrə qərarını elan edib. Bu qərar tanınmış jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirovun AİHM-in icraatında olan iki şikayətindən birincisi üzrədir. Bu iş jurnalistin Türkiyədə saxlaınılması, Azərbaycana gətirilməsi, həbs olunması ilə bağlı idi.

AİHM hesab edib ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq – “əsaslı şübhə”nin mövcud olmaması, məhkəmə qərarı olmadan həbsdə saxlanılma, azadlıq hüququna müdaxilənin əsaslandırılmaması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ – təqsirsizlik prezumpsiyası) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.

Qərara əsasən, hökumət R.Mirqədirova 20 min avro təzminat ödəməlidir. Jurnalist hazırda Avropada mühacirətdədir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol