"Qalatasaray" Türkiyədə yeni nailiyyətə imza atdı

"Qalatasaray" klubu avrokuboklarda 100 qələbə həddinə çatan ilk Türkiyə komandası olub.  "Report"un məlumatına görə, "sarı-qırmızılar" buna Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni Bakıda 3:1 hesabı ilə yenərək, nail olublar. "Cimb-Bom" həm də səfərdə 20 oyunluq qələbə həsrətinə son qoyub.

Ümumiyyətlə, "Qalatasaray" avrokuboklarda 286 matça çıxıb. "Sarı-qırmızılar"ın 100 qələbədən əlavə, 111 məğlubiyyəti və 75 heç-heçəsi var. İstanbul komandası 380 qol vurub, 429 top buraxıb.

Bütün bunlarla yanaşı, "Qalatasaray"ın aktivində 2000-ci ildə Fatih Terimin rəhbərliyi altında qazandığı UEFA Kuboku və Mirça Luçesku ilə əldə etdiyi Superkubok da var.

"Qalatasaray" avrokuboklarda (oyun, qələbə, heç-heçə, məğlubiyyət, vurulan top, buraxılan top)

Çempionlar Kuboku35128154253
Çempionlar Liqası116282959112197
Çempionlar Liqasının təsnifat mərhələsi2417615922
Kuboklar Kuboku32127134255
UEFA Kuboku / Avropa Liqası78302523123101
UEFA Super Kuboku110021
CƏMİ28610075111380429
635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar