Tramp Yaxin Şərqə sülh vəd edir - Qum üzərinə qan tökülməyəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp sentyabrın 16-sı axşam bəyan edib ki, daha iki ərəb ölkəsi tezliklə İsraillə münasibətlərin normallaşdırılması barədə bağlanmış razılaşma üzrə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Bəhreynə qoşulacaq.

Tramp buna qədər bildirib ki, «dörd və ya beş» digər ərəb ölkəsi «qoşulmaq» və İsraillə münasbətləri normallaşdırmaq istəyir - ötən çərşənbə axşamı Ağ Evdə İsraillə Bəhreyn və BƏƏ arasında imzalanmış sazişdən sonra.

“Mən, onlardan ikisi ilə danışmışam və onlar sınamağa hazırdırlar. Biz, Yaxın Şərqdə tam sülhə nail olacağıq - qum üzərinə qan tökülməyəcək” - deyə, «Assosiated Press» ABŞ liderindən sitat gətirir.

“Hesab edirəm ki, Səudiyyə Ərəbistanı da son nəticədə İsraillə münasibətləri normallaşdıran ölkələr sırasında daxil olacaq. Mən, bunu hiss edirəm - Səudiyyə kralı ilə söhbətim olub” - deyə, Tramp əlavə edib.

Hiss olunur ki, ABŞ administrasiyası Səudiyyə Ərəbistanından başqa Fars körfəzində daha bir ərəb monarxiyası ilə intensiv məsləhətləşmələri davam etdirir.

Həmin ölkə Omandır - bundan əvvəl İsrailə yönəlik mövqeyini dəyişmək meyli nümayiş etdirib. 2018-ci ilin oktyabrında İsrailin Baş naziri Binyamin Netenyahu bu ölkəyə gözlənilməz səfər edib.

Bu məqamda bir neçə il bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Trampın “oyuncağına” çevrilən bəzi ərəb ölkələrinin liderlərinə ünvanladığı təhqir yada düşür - «debillər»…

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar