Azərbaycanda 400 Avropa İttifaqı şirkəti var

Azərbaycan - Avropa İttifaqı onlayn biznes forumu işə başlayıb. "Report"un məlumatına görə, tədbiri giriş sözü ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas açıq elan edib.

"Azərbaycan - Avropa İttifaqı biznes forumu həmişə iş adamlarının diqqətini cəlb edib. Ötən il keçirilmiş tədbirdə 700-dən çox iştirakçı var idi. Bu il bu rəqəmin daha çox olacağını gözləyirdik. Lakin koronavirus pandemiyası planlarımızı dəyişdi və tədbiri onlayn təşkil etməli olduq", - deyə o, qeyd edib.

Səfirin sözlərinə görə, pandemiya hər kəsin həyatına mənfi təsir edib: "Pandemiya dünya iqtisadiyyatına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərib. Ancaq hesab edirəm ki, Azərbaycan buna qarşı çox yaxşı işlər gördü. Hökumət kiçik sahibkarlığı dəstəkləmək üçün yeni təşəbbüs göstərdi”.

K.Yankauskas onu da bildirib ki, Azərbaycan və Aİ arasında əlaqələrin möhkəm əsasları var: “Hazırda Azərbaycanda 400 Aİ şirkəti fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin 50%-i Aİ-nın payına düşür. Aİ Azərbaycanda həm neft, həm də qeyri-neft sektorlarında ən böyük investordur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar