Venerada həyat axtarışı... - NASA iki ekspedisiya hazırlayır

Alimlər Venera atmosferində canlı mikroorqanizmlərin fəaliyyətinin mümkün izlərini tapandan sonra, Amerika Birləşmiş Ştatlarında (ABŞ) bu informasiyanı daha detallı öyrənmək planları barədə bəyan ediblər.

«Röyter» agentliyinin xəbərinə görə, bununla bağlı aeronavtika və kosmik məkanın öyrənilməsi üzrə Milli İdarə (NASA) Günəş sisteminin ikinci planetinin tədqiqi üzrə proqramı aktivləşdirmək qərarına gəlib.

Bu yeni istiqamət çərçivəsində NASA artıq 2021-ci ilin aprelinə Davinci+ və Veritas missiyalarından birini (hətta eyni zmanda hər ikisini) təsdiqləyə bilər.

Həmin layihələr fevral ayında 500 milyon dollarlıq qrantdan ibarət kiçik kosmik missiya müsabiqəsi yolu ilə seçilmiş 4 proramdan ibarət siyahıya daxil edilib.

Bundan əvvəl xəbər verilmişdi ki, sentyabrın 14-də ABŞ və Britaniya astronomlarından ibarət qrup Venera atosferində fosfin aşkarlayıblar. Ehtimala görə, bu qaz bioloji mənşəli ola bilər.

Bununla bağlı NASA-nın vəcdə gəlmsinə baxmayaraq, həmin qənaəti heç də alimlərin hamısı bölüşmür. Skeptiklər bildirirlər ki, fosfinin tapılması heç də o demək deyil ki, planetdə həyat var. Sadəcə, ona görə ki, sözügedən qaz Venerada hələlik məlum olmayan kimyəvi prosesləin nəticəsində də sintez oluna bilər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar