İraq Şam İslam Dövləti (İŞİD) Türkiyəni təhdid edib.
Virtualaz.org saytı xəbər verir ki, “İslam Dövləti”nin tvitter hesabından yayılan məlumatda Türkiyə hökuməti sərt şəkildə təhdid edilib.
“Türkiyə İslam Dövlətinə qarşı mübarizədə iştirak etməsinin əvəzini ağır ödəyəcək” başlığı ilə yayılan təhdid mesajı Türkiyə xəritəsinin üzərinə əl bombaları qoyulan bir şəkillə paylaşılıb.
Təhdid mesajında deyilir: “Türkiyə bu döyüşdə İslam dövlətinin qarşısına çıxarsa, təhlükəsizliyini qoruya biləcəyini düşünməsin. Türkiyənin içində İslam dövlətinin minlərlə yatan hüceyrələri vardır. Bizim cavabımız çox sərt olacaq”.


Şərhlər