Menu

Bakıda 2 mindən çox qanunsuz taksi varmış

09.10.2014, 11:25
Bakıda 2 mindən çox qanunsuz taksi varmış

Vergilər Nazirliyinin apardığı nəzarət tədbirləri nəticəsində 44 mindən artıq şəxsin vergi qanunvericiliyini pozduğunu aşkarlanıb.

Fins.az-ın Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinə istinadən məlumatına görə, araşdırmalar zamanı 24 mindən artıq vergi ödəyicisinin nağd hesablaşmaların aparılması qaydalarını pozulduğu, 7205 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu aşkarlanıb.

Eyni zamanda 6727 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı 3032 vergi ödəyicisi tərəfindən 4183 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı müəyyən olundu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol