Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.
***
Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.
Bu barədə Şəmkir rayon sakinləri sosial şəbəkədə məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.
Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.
Saytın əldə etdiyi qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.
Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.
Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Şərhlər
Musaqulunun arifi niyə sual vermir ki Şəmkirə bu pilotsuz təyarə necə gəlib? Araşdırma aparan Arifin oğlu ermənilərə məxsus u cihazın rayon üzərində deyil məhs sərhəddə vurulmasından danişsa yaxşı olar....
Ordumuzu təbrik edirik! Sual-PUA hansı məntəqədən qaldırılıb? Azərbaycan ərazisində isə BMT TŞ, ATƏT MQ təcili xəbərdar edilməli, ən geci üç günə həmin hərbi məntəqə tam məhv edilməlidir, Bu azadlığın yeganə haqq yoludur!
Sabirkendle ermenistan hacandan serhedir?