Menu

"Ölkə postpandemiya dövrünə hazırlaşmalıdır" - Deputat Vahid Əhmədov

21.09.2020, 17:40
"Ölkə postpandemiya dövrünə hazırlaşmalıdır" - Deputat Vahid Əhmədov

"Hazırda dünya ölkələri kimi, Azərbaycanda da biznes mühiti, hələlik, o qədər də əlverişli deyil. Amma vəziyyət belə qalmayacaq, ölkə postpandemiya dövrünə hazırlaşmalıdır".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib

. "İnanıram ki, dövlət başçısının çağırışına səs verən iş adamları olacaq"-deyə millət vəkili vurğulayıb.

V. Əhmədov deyir ki, indi dünya ölkələrini bütünlükdə investisiya üçün əlverişli hesab etmir: "İstehsal sahələri ya dayanıb, ya məhdudlaşıb, belə vəziyyətdə iş adamları risklərdən çəkinirlər. Amma ümid edək ki, pandemiya dövrü tezliklə bitəcək və bütün ölkələr kimi, Azərbaycan da biznes və investisiya üçün tam əlverişli duruma gələcək".

Şərhlər

semed 2020-09-22 00:55:34

Ay VAHID muellim bir deputat sesini MILLI MECLISDE cixarib demedi ki acindan olmemek ucun verilen 190 azn kesmek lazim deyil neft olkesi 30 -40 milyon ayrilan vesait ucun problem yasamamalidi.Tewssuf ki deputatlar isti yerleri namine bir necesini cixmaq sertile xalqi mudafie elemirler xalq acindan olur neyinen hazirlasaq postpandemiya dovrune eger bayira cixmaqa yol pulu tapa bilmirikse is yerleri mueyyen bir qrup adamlarin qohum eqrabalarii ucundu.Bir zamanlar SIZ sozumuzu deyirdiz indi siz cekilmisiz bir qiraqa is yerleri yoxdu issizlik vesaiti de yoxdu milyonlarla ac susuz insani atiblar taleyin hokmune bele olmaz axi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol