“Rusiya Avropanı müharibəyə çəkdi” - Zelenski BMT kürsüsündən

Ukraynanın prezidenti Vladimir Zelenski sentyabrın 21-də Biləşmiş Millətlər Təşkilatı Baş Məclisində (BMT BM) videomüraciətlə çıxış edib. O, öz çıxışını Rusiyanın təcavüzünə həsr edib və bildirib ki, Rusiya dünyada təsir dairəsinin bölgüsünə qayıtmağa cəhd edir.

Ukrayna dövlətinin başçısı qısa çıxışında pafosla xatırladıb ki, BMT-nin yaradılması onun rəmzinə çevrilib ki, bəşəriyyət İkinci Dünya Müharibəsindən faciəli dərs alıb.

Ancaq Zelenski qeyd edib ki, heç də hamı bu dərsi öyrənməyib. Bunun birbaşa təsdiqi kimi, prezident Donbasdakı vəziyyəti və Krımın Rusiya tərəfindən ilhaq edilməsini göstərib.

Onun sözlərindən belə çıxıb ki, bütün dünya olduğu kimi qalıb, təkcə Rusiya müharibədən sonrakı sərhədləri dəyişir və təsir dairəsi uğrunda mübarizə aparır.

«Xatırladıram ki, bu, təkcə Ukraynada müharibə deyil, həm də Avropada müharibədir. Və bu, sadəcə müstəqil dövlətin suverenliyinə təcavüz deyil, bu, dünyada təsir dairəsinin bölüşdürülməsinə qayıtmaq cəhdinə bənzəyir» - Ukrayna prezidenti bildirib.

Bundan əvvəl xəbər verildiyi kimi, istefada olan ABŞ hərbçisi Ukrayna telekanalına müsahibəsində bəyan etmişdi ki, Ukrayna silahlı qüvvələri istəsə sabah Donbası azad edə bilər, ancaq onlar bunu etməsələr və Rusiyanın özünün dağılmasını gözləsələr yaxşı olar.

AzPolitika.info

635x100

Şərhlər

Xalq 2020-09-23 01:08:50

Əgər rusiyanın dağılmasını gözləsələr çox gözəməli olarlar, çünki, türksoylu dövlətlərdə milli azadlıq hərəkatları hələ başlamayıb.

Son yazılar