Menu

Əhalini mitinqə çağıran müxalifət qrupu qadağan olundu

09.10.2014, 12:52
Əhalini mitinqə çağıran müxalifət qrupu qadağan olundu

Tacikistan Ali Məhkəməsi müxalifət təşkilatı olan Group 24-ü qadağan edib.

Qərar oktyabrın 9-da çıxarılıb. Təşkilat internet vasitəsilə əhalini oktyabrın 10-da paytaxt Düşənbədə küçə etirazlarına çağırırdı.

Ali Məhkəmənin hakimi Salomat Hakimova tacik biznesmen Umarali Quvvatov-un rəhbərlik etdiyi Group 24-ün “ekstremist” olması və Tacikistanda qadağan edilməsi ilə bağlı qərar çıxarıb.

Təşkilatın saytı, çap materialları da qadağan edilib.

Media yazır ki, Tacikistanda oktyabrın 5-dən Facebook, YouTube və yüzlərlə digər saytın bağlanması da Group 24-ün onlayn çağırışları ilə bağlıdır.

Rəsmilər saytların bağlanması ilə hər hansı bağlılığı yalanlayıblar.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol