AZƏRBAYCANDA DEPUTAT ÖZÜ-ÖZÜNÜ TƏBRİK ETDİ - Özünə "cənab" deməyi də unutmayıb

Bu gün, 23 sentyabrda Milli Məclisin deputatı Ramil Həsən özünü "Facebook" səhifəsində ad günü münasibətilə təbrik edib. Belə bir maraqlı hadisə. Eyni zamanda, millət vəkili özünə üçüncü şəxs kimi, cəm şəklində "sizi" deyə nəzakətlə müraciət edərək, adının əvvəllində cənab sözünü yazmağı da unutmayıb.

“Bu gün VI çağırış Milli Məclisin deputatı, birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi Ramil Həsənin doğum günüdür. Bu münasibətilə Ramil müəllimi səmimi qəlbdən təbrik edir, can sağlığı və fədakar fəaliyyətində bol-bol uğurlar arzulayırıq !”, - deputat sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu, Ucar bölgəsindən hakim Yeni Azərbaycan Partiyasından seçilən Ramil Həsənin fəaliyyəti ilə bağlı ilk maraqlı iş deyil. Bir neçə ay əvvəl millət vəkili rusdilli kanallardan birində qəribə bir çıxışla müsahibə verib. Ramil Həsənin rus dilini bilmədiyi ortaya çıxıb. Deputat fikirlərini müxtəlif rus sözlərindən ibarət bir sıra ifadə etməyə çalışıb.

635x100

Şərhlər

dövlətini sevən 2020-09-24 21:06:51

Şəkinin təyin olunmuş deputatı Vüqar İsgəndərovunda hərbi xidmətdə olması ?? altındadır.

Seçici 2020-09-24 18:29:50

Hamısı ağıl dərdindən kef çəkirlər. Ancaq pulları çoxdur

Firuz 2020-09-24 15:46:45

Burada təəcüblü bir şey yoxdur.Bundan təsadüfi şəxsləri deputat siyahisinə yazanlar utansın.Onsuz da deputatlarımızın 98 faizi belədir.

Adil 2020-09-24 13:01:34

Təbrik belə ünvanlamalı idi: cənab yoldaş müəllim

Mansi 2020-09-24 12:41:28

Niyə ingilis dilini bilməlidir ki, bəyəm biz ingilis dilli hər hansı olkədə yaşayırıq? İşini düzgün gürsün dil bilməkm əsas şərt deyil məncə

t.ədalət 2020-09-24 10:20:09

Elə bildim ki,Ramil Həsənli Dağlıq Qarabağdakı hansısa şücaətindən söhbət açıb.Sonra yadıma düşdü ki,deputat və nazirlərin əksəriyyəti hərbi xidmətdən qaçanlardan və ya arxa cəbhədə gizlənənlərdən ibarətdir.

Oxucu 2020-09-24 09:40:11

Parlament buraxılmalı, yenidən seçki keçirilməlidir ?

RT 2020-09-24 05:12:30

Rus dilini bilmek , alim olmaq deyil )))) Ve yaxud aqilli olmaq hesab edilmir ..

Xalq 2020-09-24 01:15:57

niyə rus dilini bilməlidir ki, bəyəm biz rusiyada yaşayırıq?, ingilis dilini bilsə bəs edər.

.EJDER NAQILBAZ 2020-09-24 00:56:07

HA HA HA ,MALADES,ANALOQU OLMAYA SIFIR,DIPUTAT,ANCAQ IRELI

Mirzə AĞ 2020-09-24 00:31:23

"Malades!"

Son yazılar