Rusiyada daha 149 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 6 595 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 128 836 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 149nəfər artaraq 19 948-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 929 829 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 050 nəfər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar