Məhkəmə sədrinə töhmət verildi

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Bildirilib ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən toplantıda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

İclasda hakimlər barədə intizam icraatlarına baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar