Menu

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş uçuşları başlayıb - VİDEO

24.09.2020, 18:16
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş uçuşları başlayıb - VİDEO

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir.

Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

Şərhlər

Görüb də Bilməzov 2020-09-24 23:13:42

Döyüş uçuşu nədir? Hərbi işğaalçıların neçə məntəqəsini və hansı hərbi texnikasını məhv edib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol