"SİYASƏTDƏN UZAQ DURURAM, ALİ TƏHSİLƏ CİDDİ BAXMIRDIM... " - Daha bir deputatdan maraqlı açıqlamalar

“Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam”. Virtualaz.org bildirir ki, Milli Məclisin deputatı Jalə Əhmədovanın bir neçə gün öncə dediyi bu sözlər yerli KİV-də, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, 39 yaşlı Jalə Əhmədova əvvəllər Çin döyüş sənəti “vinq-çun”la maraqlanıb. Parlamentə seçilməzdən əvvəl, uşunun tətbiqi istiqamətindəki təlimlərə meylindən əlavə, Xüsusi Dövlət Mühafizə Xidmətində vəkil işləyib.

Görünür, Jalə Əhmədova buna görə jurnalistlərə açıq şəkildə etiraf edib ki, siyasətlə məşğul olmaq üçün hələ kifayət qədər təcrübəsi yoxdur. Lakin bu nüans salyanlıların uşu idmançısının lehinə seçim etmələrinə mane olmayıb.

“Mən hələ özümü, o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm. Çünki bu yolda təzəyəm. Biz hələ indi-indi addımlamağa başlayırıq. Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm”, - deyə millət vəkili bildirib.

Stalin illərində çox populyar olan əfsanəvi "Zoluşka" filmindən bir ifadə yada düşür. Sehirli oğlanın pəriyə etdiyi etirafı xatırlayırsınız: "Mən sehrbaz deyiləm, sadəcə öyrənirəm".

“Millət vəkili seçilənə qədər müəyyən dövlət strukturlarında iş təcrübəm olub. Bakı Apellyasiya Məhkəməsində, Energetika Nazirliyində, özəl banklarda çalışmışam. Sonuncu iş yerim Xüsusi Dövlət Mühafizə Xidməti olub”, - deyə J.Əhmədova vurğulayıb.

Jalə Əhmədova “Bəs bir Azərbaycan qadını olaraq bu cür döyüş növü ilə məşğul olmağınıza nə səbəb oldu” sualına cavabında deyib: “İp Man-ın filmlərinə baxıb oradan özümdə belə bir həvəs yarandığını gördüm”.

Deputat, həmçinin qeyd edib ki, ilk təhsilini qalmaqalları ilə məşhur olan rektor Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetində (ABU) alıb. Qeyd edək ki, bu universitet çoxsaylı korrupsiya qalmaqalları ilə tanınırdı və bir qayda olaraq, ora qəbul imtahanlarında uğursuz nəticə göstərən abituriyentlər düşürdülər.

“Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim. Mənim üçün ailə və övladlarımın tərbiyəsi əsas idi. Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”, - deyə deputat daha bir etiraf edib.

635x100

Şərhlər

baliqci 2020-09-27 09:01:06

SALYAN SECICILERININ DE HEC DEPUTAT SARIDAN BEXTI GETIRMIR.fezail uzeduran ,Jale təpik vuran

Oxucu 2020-09-26 20:38:50

Parlament buraxılmalıdır......

Səid 2020-09-25 20:21:31

Heyf bu ölkəyə, bu millətə ki, sizin kimi "Millət Vəkilləri" var! Çox heyf!!!

Yüksəl 2020-09-25 14:13:14

heçnə nə deyəsən beləsinə.xalqın müqəddəratını təsadüfən millət vəkili olanlar həl edir. hansılarki nə siyasi təcrübələri var nə də siyasi bilikləri

vətəndaş 2020-09-25 12:00:20

Türk mahnsndn---Bu vatan sizə neynədi, yedirib içirib adam eylədi=dalısını ozünüz tapın

Ziyalı 2020-09-25 10:18:51

BDU-nun Hüquq fakültəsinin məzunları üçün Apelyasiya Məhkəməsində işləmək xəyaldır, amma ABU-nun məzunu orada işləyib. Açıq yazın ki, Vaqif Axundovun qohumu olduğu üçün Salyandan seçdirilib.

Ziyalı 2020-09-25 10:17:18

BDU-nun Hüquq fakültəsinin məzunları üçün Apelyasiya Məhkəməsində işləmək xəyaldır, ABU-nun məzunu orada işləyib.

Eldəniz 2020-09-25 10:16:47

Əslində xanım deputat səmimi olaraq öz fikirlərini ifadə edir MM de daş dövründən üzü SSRİ adlanan xalqlar həbsxanası dövründən qalma deputat olan millət vəkillərimiz var hamısı da biznesmen , oliqarx kimi kef eləyirlər ..Uşaqları da onlardan betər ...İndiyənə kimi heç bir dəfə olsun heç bir siyasi müzakirə aparmayıblar ...Bu xanım deputat isə deyir ki bu iş mənlik deyil daxili aləmi sıxılır ....Kaş o biri deputatlığa layiq olmayanlar da sənin kimi səmimi etiraf edə biləydi nəinki saxta saxta danışmaqdansa ....

Eldəniz 2020-09-25 10:16:46

Əslində xanım deputat səmimi olaraq öz fikirlərini ifadə edir MM de daş dövründən üzü SSRİ adlanan xalqlar həbsxanası dövründən qalma deputat olan millət vəkillərimiz var hamısı da biznesmen , oliqarx kimi kef eləyirlər ..Uşaqları da onlardan betər ...İndiyənə kimi heç bir dəfə olsun heç bir siyasi müzakirə aparmayıblar ...Bu xanım deputat isə deyir ki bu iş mənlik deyil daxili aləmi sıxılır ....Kaş o biri deputatlığa layiq olmayanlar da sənin kimi səmimi etiraf edə biləydi nəinki saxta saxta danışmaqdansa ....

RT 2020-09-25 09:15:20

Ne qûndeyik biz ?

.EJDER NAQILBAZ 2020-09-25 01:47:33

BU ANALOQU OLMAYAN DIPUTATXANADA FERLISI VAR?

Doğru 2020-09-25 01:45:09

MM şəkil çəkdirmək üçün deyil.səhv gəlmisən. Get təzədən gəl...

RT 2020-09-25 00:49:01

deputatlar budu (((

Bəhi 2020-09-24 22:39:58

Mələk simalı, uşu qətiyyətli xanımın Salyan seçiciləri ilə nə bağlantısı?

Xalx 2020-09-24 21:41:47

Ali təhsili yox (ABU heç texnikum qədər də deyildi), deyir ki, siyasətlə məşğul olmuram ... Deyən yoxdur,a bala sənin orda nə işin var? Günah səni qutudan çıxardandadır...

Bashirov Qarib 2020-09-24 20:39:43

Bu deputatların ağzına skoç vursunlar ki, danışmasınlar, çunki danışanda quşlayırlar. Xanım deputat da camaatla məzələnir, lağ-lağı edir.

OXUCU 2020-09-24 20:24:09

SİYASƏTLƏ MƏŞĞUL OLMURSANSA BƏS NƏ İŞLƏ MƏŞĞULSAN...

Mubariz 2020-09-24 20:08:10

Gör nə gündədir MM ,heç olmasa abrınız olsun ,danışmayın.Bunların hamısı savadsızmış ki

Aborigen 2020-09-24 20:03:08

"Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm”. Xahiş edirəm ki, məni başa salasınız. Milli Məclis parlamentdir, yoxsa siyasət məktəbi? Görəsən bu deputat seçiciləri ilə görüşəndə onlara deyibmi ki, məqsədi 5 ilə siyasətçi olmaqdır?

Kazım 2020-09-24 19:04:22

Biyabırçılığ

Son yazılar