Menu

Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu

25.09.2020, 09:17
Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu

Bakıda qətl törədən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub.

Hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.

İlkin araşdırmalarla məlum olub ki, hadisəni E.Cavadovanın nəvəsi S.Cavadov tərəfindən törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol