Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum oldu

Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının qurultayı keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, qurultay onlayn formada təşkil ediləcək.

Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Eldar Quliyevin namizədliyi irəli sürülüb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədliyi irəli sürülən Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olub. O, II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin üzvüdür. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.

Xatırladaq ki, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərov avqustun 4-də uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

635x100

Şərhlər

Dagli 2020-09-28 09:25:03

Evvelce azerittifaqi satdi, sonra inistutu, indide shurani satacax.alverchidi

Mehdi 2020-09-26 23:23:38

Daqil a dunya daqil,..

Leyla 2020-09-25 16:04:50

Butun azeritifagi satdi, ramoz mextievin adamiy di,azeritifagin binasinini banka goyub ,zalog kimi ,... hayat suran insandi

Səlim 2020-09-25 13:16:18

Bu şəxs sacına kraska qoyur.Elə namizəd verərdilər ki,hec olmasa sacı ağ olardı))....

t.ədalət 2020-09-25 12:35:43

Azərbaycanda ağsaqqallar institutu varmı?Ümumiyyətlə,belə bir şuraya və sədrə ehtiyac varmıl?

Vahid 2020-09-25 12:25:22

xaç nişanı onun Rusiyya rəğbətinin nəticəsidir?Bu da 5-ci kolondur?

Vətəndaş 2020-09-25 12:14:26

Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilən başına kraska qoymamalıdı...

Son yazılar