Menu

Azərbaycan bankları kredit qoyuluşunu artırıb - Banklara əmanət qoyuluşu artıb

25.09.2020, 17:46
Azərbaycan bankları kredit qoyuluşunu artırıb - Banklara əmanət qoyuluşu artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 14 304,2 milyon manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,7% çoxdur.

Bankların kredit qoyuluşu ilin əvvəlinə nisbətən 4% azalıb, son 1 ildə isə 5,8% artıb. 

Bu il sentyabrın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 7 874,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,3% çoxdur.

Banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 8,8% az, son 1 ildə isə 8% azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol