Menu

DTX-nın həbs etdiyi XİN-in daha iki vəzifəli şəxsi azadlıqda - Ev dustaqlığına buraxıldı

26.09.2020, 12:43
DTX-nın həbs etdiyi XİN-in daha iki  vəzifəli şəxsi azadlıqda - Ev dustaqlığına buraxıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N. Abdullayevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin də ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

APA-nın məlumatına görə, Səbail rayon keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, N. Abdullayev və İ.Əliyev DTX tərəfindən saxlanılıb. Ona rüşvət alma maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə vəsatətlər verilib.

“Report” xəbər verir ki, müdafiəçilərin verdiyi vəsatətlərə Səbail Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər barədə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Müzəffər 2020-09-26 13:06:50

Məgər tutuanlar cinayətkar deyildilər? Deyildilərsə onda niyə həbs edilirdilər....Axı deyirsiniz Azərbaycan qanuni dövlətdir!r

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol