Menu

Hacı İbrahimin baş mühasibi hakim qarşısına çıxarılır

26.09.2020, 11:37
Hacı İbrahimin baş mühasibi hakim qarşısına çıxarılır

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Vaqif Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında araşdırılacaq.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta" konsernində baş mühasib işlədiyi bildirilən V.Bağırov “İnterpol” xətti ilə beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 

Şərhlər

Vidadi 2020-09-26 13:08:50

Baş mühasib icraçıdır.Bəs ona qanunu pomağan göstəriş verən? Həmişə axırıncı günahkar olur?Bu necə yanaşmadır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol