ABŞ-ın İrəvandakı səfirliyinin Qarabağ səhvi...

ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında ciddi səhvlərə yol verilib. Belə ki, Ermənistandakı səfirlik ABŞ vətəndaşlarına Dağlıq Qarabağa səfər etməmələrini məsləhət gördüyü halda, bu ərazilərin diplomatik və hüquqi baxımdan Azərbaycanın ərazisi olmasını göstərməyib.

Bu sözləri mətbuata sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O bildirib ki, bu, ciddi diplomatik səhvdir: “Azərbaycan tərəfi məsələyə diqqət etməlidir. Rəsmi Bakı ABŞ-dan Ermənistandakı səfirliyinin bəyanat mətnində qeyd olunan diplomatik dili düzəltməsini tələb etməlidir. Mətndə region göstərilsə də, regionun əsl sahibi olan ölkə göstərilməyib”.

Politoloq ABŞ-ın Azərbaycandakı səfirliyinin Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağı tövsiyə etməsini isə normal qarşılayıb: “Hazırda Azərbaycan-Ermənistan sərhədində müharibə təhlükəsi günü-gündən artmaqdadır. Bu mənada ABŞ-ın Azərbaycandakı səfirliyinin vətəndaşlarına xəbərdarlıq etməsi normaldır”.

635x100

Şərhlər

Xalq 2020-09-26 20:45:45

səhv düzəldilməlidir.

Son yazılar