"Ermənistanın türk milləti qarşısında duruş gətirməsi ehtimalı yoxdur” - Dövlət Bahçeli

“Ermənistan bu gün səhər saatlarında dost və qardaş ölkə Azərbaycanın hərbi birləşmə və mövqelərinə, mülki vətəndaşlarına və obyektlərinə düşməncə hücum edib. Bu da Ermənistanın yeni bir qanlı səhifə açılması deməkdir”.

"Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli söyləyib.

Baxçalı deyib: “Ermənistanın bu gün səhər saatlarında qardaş ölkə Azərbaycanın hərbi birləşmələrinə və mövqelərinə qarşı həyata keçirdiyi hücumlar düşmənlikdir, yeni bir qanlı səhifənin açılması deməkdir. Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti dəyişdirə bilməyəcək. Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur. Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar