"ƏMƏLİYYATLAR DAVAM EDİR..."- "Ordumuz işğal olunmuş əraziləri düşməndən geri alacaq”


"Hərbi vəziyyətdə müvafiq icazələrin alınması DİN və ASAN Xidmət vasitəsilə həyata keçiriləcək".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri təmas xətti boyunca və işğal edilən ərazilərin azad edilməsində fəaliyyətini davam etdirir: "Azərbaycan əməliyyatların keçirilməsində beynəlxalq hüququn prinsiplərini nəzərə alır".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan-Ermənistan sərhədində əməliyyat aparılması informasiyası yalandır:“Sosial şəbəkələrdə yayılıb ki, guya Azərbaycan-Ermənistan dövlət sərhədində də əməliyyatlar aparılır. Bu kimi informasiyalar yalandır”

O xatırladıb ki, beynəxalq ictimaiyyət tərəfdindən də narahatlıqlar ifadə olunub:“Azərbaycan tərəfindən verilən açıqlamalardan da bəlli olur ki, bütün məsuliyyət Erməsnitsan rəhbərliyinin üzərinə düşür”

Hikmət Hacıyev bildirib ki, mülki obyektlərə dəymiş ziyan araşdırılır.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun ön xətti yararaq irəliyə getməsi Azərbaycanın mülki əhalisinin təhlükəsizliyinin qorunmasında böyük əhəmiyyət daşıyır.

Hikmət Hacıyev bildirib ki, Ermənistan 30 ilə yaxındır ki, törətdiyi təxribatlarının layiqli cavabını alır:Onun sözlərinə görə, bu gün güclü Azərbaycan Ordusu var: “Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşməndən geri alacaq”.

635x100

Şərhlər

Ayten 2020-09-28 17:30:10

Ireli veten oglu

RT 2020-09-27 20:10:30

inshallah ,,, ireli )))

Son yazılar