Menu

“Ermənistan dərhal terrorçuları geri göndərməlidir”- Hulusi Akar

28.09.2020, 15:11
“Ermənistan dərhal terrorçuları geri göndərməlidir”- Hulusi Akar

"Ermənistan hücumları dərhal dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməlidir".

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

Nazir deyib: “Sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ işğal altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan, uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insanın evindən, yurdundan didərgin düşərkən harada idilər? Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Kədərdə də, sevincdə də daim bərabərik. Bu gün doğma torpaqlarını qorumaqda azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməli və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”.

Şərhlər

Xalq 2020-09-28 16:43:52

Xalq dərhal atəşkəsə razı deyil. Torpaqlarımızı erməni qaytarandan sonra atəşkəs ola bilər. Hörmətli Nazirimizi dəstəkləyirik!

Vətəndaş 2020-09-28 16:02:41

ALLAH TÜRKİYƏNİ QORUSUN. GÜVƏNDİYİMİZ,DAYAĞIMIZ TÜRKİYƏ!!!!!!!!!

Türk 2020-09-28 15:39:28

YAŞASIN TÜRKİYƏ,YAŞASIN HULUSİ AKAR!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol