Menu

Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır

28.09.2020, 19:59
Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır

İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq Ordumuzun nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda “Azersky” peyki vasitəsilə davamlı monitorinqlər aparılır.

"Report" xəbər verir ki, bu barədə "Azərkosmos" ASC məlumat yayıb.

"Bu gün cəsarətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq", - açıqlamada deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol