Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Aleksandr Zas Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, KTMT baş katibi Aleksandr Zas adından yayılan açıqlamada təşkilatın Dağlıq Qarabağda vəziyyətin eskalasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyi ifadə olunub.
“Mövcud vəziyyət 1994-cü ildə atəşkəs haqqında sazişin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində güc tətbiq edilməməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrasına yardım etmir. Dərhal atəşkəs rejimini bərpa etmək və ATƏT-in Minsk qrupunun apardığı danışıqlar prosesinə qayıtmaq lazımdır. Dağlıq Qarabağda münaqişənin həlli yalnız siyasi-diplomatik metodlarla mümkündür.
Kollektiv Təhlükəsizlik Şurası, KTMT-nin Xarici İşlər nazirləri Şurası öz bəyanatlarında dəfələrlə tərəfləri münaqişə vəziyyətlərini istisnasız olaraq sülh yolu ilə nizamlamağa nail olmağa, gərginliyi artırmağın qarşısını almaq məqsədi ilə təxribatçı fəaliyyətlərdən çəkinməyə çağırıb”, - deyə KTMT baş katibi vurğulayıb.


Şərhlər
Господин А.Зац, Армения своим Указом от 14.06.88г сформировал нацистов с захватом 366 двизии СССР против Азербайджана. Той мотострельковой двизией соверщили полный геноцид азербайджанцев НКАО и окружающих районов. СБ ООН обязал агрессора безотлагательно вывести из Азербайджана. И ваша орг. безопасности не то, что в своем составе оставляет агрессора, преступниа геноцида?
Rusiya yenə əvvəlki kimi Azərbaycana qarşı düşmənçiliyini davam etdirir.Necə olur,ermənilər dinc əhalimizi gülləboran edir,onda atəşkəs pozulmur?Allah Rusiyanı viran qoysun!Allah Rusiyanın Azərbaycandakı casuslarının balalarına da şəhidlik qismət eləsin!
1994-cü ildə atəşkəs haqqında saziş 1994 - cu il muddetine aid idi, artiq 30 ildir ki, bu sazish YOXDUR ve KTMT baş katibi KOR ve hiyleger olaraq, ishqalchi Ermenistanin Azerbaycan xalqina qarshi herbi guc tetbiqini bilerek, heyasizcasina, Azerbaycana qarshi demaqoqiya ile meshquldur ve SERSEM - SERSEM boshboqazliq edir, anti - Azerbaycan tebliqati aparir.........
Biz öz torpaqlarımızda əməliyyat aparırıq. Kollektiv Təhlükəsizlik Şurası öncə Ermənistana başqa dövlətin ərazisindən çəkilməyi tələb etməlidir