Türkiyə vətəndaşları Azərbaycan Prezidentinə yazırlar - “Döyüşlərdə iştirak üçün əmrinizi gözləyirik”

Məlum olduğu kimi artıq üç gündür cəbhədə gərginlikdir. Düşmənin təxribatlarının qarşısını alan ordumuz əks-hücuma keçib. Ermənistan tərəfi xeyli itki verərək, geri çəkilir.

Bu günlər ərzində ordumuza, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə həm ölkə, həm də xarici vətəndaşlar tərəfindən xeyli müraciətlər olunur. İnsanlar döyüşmək, ordunun yanında olmaq, vətən savaşında hər hansı bir qatqıda bulunmaq istəyirlər.

Musavat.com xəbər verir ki, qardaş Türkiyədən də prezident İlham Əliyevə müraciət edən müxtəlif peşə sahibləri, Azərbaycanın yanında olduqlarını bildirib, öz dəstək ismarıclarını veriblər.

Həmin müraciətlərdən bir neçəsini təqdim edirik:

"Mən Türkiyənin Adana şəhərində həkim işləyirəm. Doğma Vətən, qardaş ölkə Azərbaycanda Tibb Universitetində təhsil almışam. Erməni işğalçıları ilə cəbhədə vuruşan qardaşlarıma lazım olarsa ya həkim kimi, ya da bacardığım başqa iş üzrə xidmət göstərməyə hər an hazıram. Şübhəsiz, çağırış etsəniz, ən qısa zamanda gələrəm. Ürəyim Sizinlədir.
Allah yar və yardımçınız olsun.

Hörmətlə,
Efe Hüsem Oktay oğlu
Türkiyə Respublikası, Adana şəhəri".


"Hörmətli cənab Prezident.

Azərbaycan Ordusunun düşmənə qarşı lazımi müdafiə tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini və əks-hücumla ermənilərə sarsıdıcı zərbələr endirdiyini sosial mediadan öyrəndim. Haqsızlığı özünə məslək bilən, qardaş ölkəmin insanlarına qəsd edən, adını belə çəkməyə dilim gəlməyən aciz topluya qarşı təbii ki, gücünüzün yetəcəyini atalarımızdan gələn qandan bilirəm. Ancaq ehtiyac olarsa, qardaş ölkəmin bu mübarizəsində hər zaman yanınızdayam. Türk milləti olaraq birimizə olunan haqsızlıq hamımıza edilən haqsızlıqdır.

Hər zaman qardaş ölkəmin yanında olacağımı bildirir, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm.

Hörmətlə,
Amanat Aydın Ali oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri".


“Hörmətli cənab Prezident

Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yolumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olarsa, sevə-sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruşmağa hazıram.
Allah yardımçısınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm.

Hörmətlə,
Yazar Suat Muratoğlu.
Türkiyə Respublikası, Ankara ş
əhəri”.


“Hörmətli cənab Prezident.
Qardaş ölkəmizə və bütün vətəndaşlarınıza mənim və ətrafımda olan insanların səmimi salamlarını çatdıraraq haqq işinizdə uğurlar arzulayıram.
Əziz Prezident, mən və ətrafımda olan çoxsaylı insanlar rəhbərliyinizlə qazanılan rəşadətli qələbə sevincini Sizinlə bölüşmək üçün yanınızda olmaqdan şərəf duyarıq.
Azərbaycan bizim ikinci Vətənimizdir.
Sizi öz rəhbərimiz kimi sevir, qərarlarınızı dəstəkləyirik. Hamımızın duaları qələbə qazanmağınız üçündür.

Hörmətlə,
Hakan Yıldız
Türkiyə Respublikası, İstanbul şəhəri”
.

“Hörmətli cənab Prezident.
Bu çətin günlərdə Sizə yaxşı və sağlam çalışmalar və uğurlar diləyirəm. Mənim 24 yaşım var. Vətənin bu çətin günündə azərbaycanlı qardaşlarımın yanında olmaq istəyirəm. Hər hansı bir əmriniz olarsa canla-başla yerinə yetirməyə hazıram.
Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirakçısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm.

Hörmətlə,
Özdoğan Məhəmməd Yasin Cəlal oğlu
Satı Levent Casim oğlu
Türkiyə Respublikası, Tekirdağ şəhə
ri”.


“Hörmətli cənab Prezident.

İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq.
Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram.

Hörmətlə,
Babacan Eyüp
Türkiyə Respublikası, Şanlıurfa şəhəri”.

635x100

Şərhlər

Xalq 2020-09-29 16:05:45

Sizinlə qürur duyuruq.

Son yazılar