İran ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

İranın Şərqi Azərbaycan əyalətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu bu ölkənin ərazisindən Ermənistana Rusiya silahlarının daşınmasına münasibət bildirib. 

O, bütün foto və videolarda olan sübutlara baxmayaraq, həmin "Kamaz" markalı yük maşınlarının silah-sursat və hərbi texnika daşımadığını iddia etməyə çalışıb.

Əli Rastqunun iddiasına görə, guya bu "Kamaz"ları Ermənistan Rusiyadan alıb və onlar İran ərazisində tranzit kimi istifadə edilməklə, bu ölkəyə çatdırılır.

Lakin rəsmi fotolar və videolarda müşahidə edilən həmin "Kamaz"ların yük hissəsindəki üstü çadırla örtülmüş yüklərin nə olduğuna aydınlıq gətirə bilməyib. 

Valinin nümayəndəsi, həmçinin bu "Kamaz"ların nəyə görə başqa vaxt deyil, məhz Azərbaycanla işğalçı Ermənistan arasında şiddətli döyüşlər gedən vaxt İran ərazisindən keçməsi məsələsinə də toxunmayıb.

635x100

Şərhlər

Qarabagli 2020-09-29 18:04:26

Iran tarix boyu duwmen olub bize .onlar farslawmiw xristianlardii.muselman deyilki

əlyar rastquya 2020-09-29 16:36:14

ay iran mollaları başuvuzdakı o təsəklərdən utanun, hərçənd sizdə utanan süfət yoxdur. Üzüvüz asfalt-betonnan möhkəmdür.

Vətəndaş 2020-09-29 16:21:37

Yəqin ki,ordumuz yaxın vaxtlarda İranla sərhəddi tutar və düşməni bu yoldan da istifadə etməyə son qoyar İNŞALLAH!

T.ədalət 2020-09-29 16:18:50

İran Azərbaycanın tarixi düşməni oldiğunu dəfələrlə göstərib.Fars dövləti ermənistan kimi ikinci düşmən ölkədir.

Son yazılar