Menu

“Ağdərəni azad etmə əməliyyatı 10 gün çəkmişdi...” - Müşfiq Hüseynov

29.09.2020, 19:30
“Ağdərəni azad etmə əməliyyatı 10 gün çəkmişdi...” - Müşfiq Hüseynov

"Az da olsa, hərbi təcrübəsi olan biri kimi deyirəm: cəbhədən hər saat başı hansısa rayonun tutulması xəbərini gözləməyin. 1992-ci ilin iyun ayında Ağdərəni azad etmə əməliyyatı təxminən 10 gün çəkmişdi".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri tanınmış həkim-farmakoloq Müşfiq Hüseynov sosial şəbəkədə izləyicilərinə ünvanladığı müraciətində bildirirb.

"Əvvəlcə şəhərətrafı yüksəkliklər alınır, sonra şəhər ardıcıl artilleriya atəşinə məruz qalır, gecələr kəşfiyyatçılar müşahidə aparır, sonra şəhərə və ya rayona xüsusi hissələr girir. Boşaldılmış şəhər olsa belə, 2-3 gün heç bir qüvvə ora girmir. Bu çox risklidir. Azərbaycan Ordusu uzağı 2 sutkadır ki, anti-terror əməliyyatına başlayıb. Bu hərbi əməliyyat üçün çox kiçik vaxtdır", - həkim vurğulayıb.

M.Hüseynov düşmənin arxalı və məkrli olduğunu qeyd edib: "30 illik qanayan yaranı 3 günə təmizləmək olmaz. Rəhbərlik və hərbçilər, hər bir halda klaviatura başında duranlardan çox bilir. Bizə düşən qarşılıqsız dəstək və şəhid düşən hər bir əsgərimiz üçün başımızı dik tutmaqdır! Səbrli və təmkinli olmaq lazımdır. Tanrı müzəffər Ordumuza yardımçı olsun!"

"AzPolitika.info"

Şərhlər

Kamil 2020-09-29 20:34:59

Həm də imkan vermək lazımdır ki edrmənilər oradan tam çıxıb getsinlər,torpağımızda 1 nəfər belə düşmən qanı daşıyan qalmasın. Qalsa problem də qalacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol