Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarında ermənilər Goranboy rayonunun Yeni Kənd kəndini iriçaplı silahlardan atəşə tutub.
Nəticədə kənd sakinləri Seymur Mustafayev və Ərəstun Əliyevə məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib.


Şərhlər
Mülki əhalini atəşə tutmaq,sivil insanları,uşaqları və qocaları qətl etmək rus ordusunun təbiətinə xasdır.Cəbhə nölgəsində dinc əhalini atəşə məruz qoymaq,onu göstərir kiatəş açan rus hərbiçiləridir.Əfqanıstan və Suriyada biz bunun şahidi olduq.