Menu

Paşinyan Rusiyadan inciyib və... - Kremli şantaj etməyə cəhd edir

29.09.2020, 21:29
Paşinyan Rusiyadan inciyib və... - Kremli şantaj etməyə cəhd edir

Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiyaya hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasına hərbi nümayəndə heyətinin göndərilməsi qərarını ləğv edib.

Virtualaz.org bildirir ki, müvafiq qərar hökumətin məlumat portalında yayımlanıb.

"Hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasına nümayəndə heyətinin göndərilməsi haqqında" 966-A saylı qərar qüvvədən düşmüş hesab edilsin", - deyə qərarda bildirilib.

Ermənistan baş naziri, Azərbaycan Ordusunun genişmiqyaslı və uğurlu hücumunun siyasi nəticələrini dərk edərək, Rusiyanın Azərbaycana qarşı olan bitərəf mövqeyindən narazılığını özünə xas şantaj və ultimatum üslubunda nümayiş etdirib. Çünki Paşinyan dövlətlərarası münaqişəni regional müharibəyə çevirəcəyinə və Rusiyanı bölgədə aktiv addımlar atmağa təhrik edəcəyinə ümid bəsləyirdi. Lakin Paşinyanın istəyi Kremldə heç bir əks-səda doğurmadı.

Halbuki, Paşinyan Azərbaycan Ordusunun gücü qarşısında tərəfdaşından inciməməli, Ermənistan üçün məhvedici və intihara bərabər Qarabağ siyasətinə yenidən baxmalı idi.

Şərhlər

Azerbaycan Oqlu 2020-09-30 18:53:55

Qaranaq Azerbaycandir

Vətəndaş 2020-09-30 00:08:29

Bunların qanı it qanıdır. Bunları torpaqlarımızda qovmaq və onlardan bir dəfəlik uzaqlaşmaq tüpürmək lazımdır.

Topal Timur 2020-09-29 22:30:00

Şərəfsiz nə qədər gec deyil, rədd ol torpaqlarımızdan

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol