ERMƏNİSTAN İSKƏNDƏRLƏ HƏDƏLƏYİR - Rusiyanın bir riyakarlığı da faş oldu!

Rusiya KİV-nin məlumatına görə, Ermənistan indi də Azərbaycanı Rusiyanın bu ölkənin ərazisində yerləşdirmiş olduğu «İskəndər» raketləri ilə hədələməyə başlayıb. Guya ermənilər iddia edirlər ki, Azərbaycanın Qarabağa yönəlik davranışı onlar üçün başqa seçim yeri qoymayıb.

Belə çıxır ki, 30 illik erməni təcavüzü tarixinə səbrlə dözmüş Azərbaycan bunun qarşılığında Ermənistanın «mübarək başını» sığallamalı imiş. Məlumata görə, ermənilərin bu «hədəsi»ni sentyabrın 29-da Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan səsləndirib.

Xəbərdə bildirilir ki, bu barədə qərar Azərbaycan ordusunun səhər tezdən bütün cəbhə boyu «TOS-1A» ağır atəş sistemi, «Smerç» reaktiv qurğuları və digər sistemlərlə hücuma keçməsindən sonra verilib. «Şuşan»canın sözlərinə görə, bu silahlardan istifadə döyüş fəaliyyətinin məntiqini və miqyasını dəyişir və onu yeni mərhələyə qaldırır. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, erməni ordusu uzaq mənzilli və böyük dağıdıcı gücə malik silah və hərbi texnikadan istifadə etməyə məcbur qalır.

Göründüyü kimi, döyüş meydanında Azərbaycan ordusu qarşısında aciz duruma düşdüyünü ört-basdır etməyə çalışan və «ölüm ayağında» olsa belə, Azərbaycana daha çox ziyan vurmaq yolunu tutmuş erməni faşizmi minbir yalan uydurur, saman çöpündən yapışmağı belə, qənimət bilir - bunlar öz yerində...

Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, hələ ötən illərdə erməni tərəf bir neçə dəfə «İskəndər» məsələsini gündəmə gətirib və hər dəfə də Rusiya tərəf bildirib ki, bu raketlər Ermənistana verilməyib, sadəcə, Rusiyanın bu ölkədəki hərbi bazasının ərazisində yerləşdirilib. Buradan belə çıxırdı ki, Rusiyanın razılığı (icazəsi) olmadan, Ermənistan «İskəndər» raketlərindən istifadə edə bilməz. İndi nə oldu, Rusiya ermənilərə belə bir razılıq verib?

Hər necədirsə, «İskəndər» raketlərindən istifadə olunmasına görə, bütün məsuliyyət Rusiyanın üzərində qalır və Azərbaycan rəhbərliyi bu məsələ barədə Rusiyadan izahat tələb etməlidir.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistan adlı dövlət əslində, «İskəndər» tipli bahalı raketlər almaq gücündə deyil və böyük ehtimalla, Rusiya həmin raketləri ermənilərə bağışlayıb. Belədə, məntiqi sual yaranır: Hansı məqsədlə və kimə qarşı?!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Özgür 2020-09-29 22:40:05

putindən soruşun ki, iskəndəri niyə erməniyə vermisən? Belənçik işləri ki, putin eləyir bu adamı kürəyindən bıçaqlamağa bərabər hərəkətdir.

t.ədalət 2020-09-29 21:59:24

Belə yerdə\ məəttəl qalmaya bilmirsən.Bəs,Sahibə xanım Qafarova Rusiya səfərindən sonra bəyan edirdi ki,Rusiya ilə Azərbaycan arasında ciddi inkişaf əlaqələri var və bu getdikcə güclənir.ermənistanda əleyhimizə yerləşdirilən "İskəndər" raketləri xanımın dediklərinin üstündən qara xətt çəkir.

Mirzə müəllimə 2020-09-29 21:50:53

Mirzə müəllim! Əgər şuşan İskəndər raketləri ilə bizə xox gəlirsə, bizdə onların atom stansiyalarını vuracağımızı deməliyik. Başqa əlac qalmadı.

Xalq 2020-09-29 21:44:15

bu şuşanın dedikləri doğrudurmu? bəlkə blefdir? Yəni putin o qədər ağılsız addım atar?

Son yazılar