DÜŞMƏNİN 2300 NƏFƏRƏDƏK CANLI QÜVVƏSİ MƏHV EDİLİB! - S-300 raket qurğusu sıradan çıxarılıb

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

635x100

Şərhlər

Muellim 2020-10-03 12:29:00

Yalniz tam qelebe!

Eli 2020-09-30 12:40:30

Sllah balalarımızı işid esgerlerimizi ordumuzu qorusun İnşaallah!

Xalq 2020-09-30 11:52:05

Eşq olsun Qəhrəman AZƏRBAYCAN ORDUSUNA! ALLAH OĞULLARIMIZI QORUSUN!IMIZI

Mersi Baku 2020-09-30 11:19:42

Döyüşü saxlamaq düşmənlə danışıqlara getmək bizim məğlubiyyətimiz olar. Danışıqlara getmək bizə xeyir gətirməyəcək. Düşmənə qarşı amansız olmalıyıq, ermənilər qəddar və namərddilər.

Vətəndaş 2020-09-30 10:21:06

ALLAH İGİDLƏRİMİZİ QORUSUN. DÜŞMƏNİ ÖLDÜRMƏK MƏHV ETMƏK LAZIMDIR. Düşmənə yazığı gəlmək lazım deyil. Onların bizim əsrləırin başına nə oyun açıb,çəkib videoya Yutuba qoymuşdurlar. İnsan baxanda öz həyatına nifrət edir. Belə vəhşi qaniçən düşməni imkan düşən kimi öldüqrmək lazımdır. Bunlar bizim 100 illəırdir qanımızı içirlər.

Telan 2020-09-30 09:13:24

Ordumuzun arxasindayiq

Son yazılar