Avropa Məhkəməsindən Ermənistana zərbə - "Münaqişə tərəfi kimi işğalçı dövlət tanınır"

Avropa İnsan Haqları Məhkəməsi (AHİM) bu gün 39-cu qayda üzrə (təcili tədbirlər) Ermənistanın müharibənin dayandırılması, mülki təlafatların olmaması ilə bağlı ərizəsi üzrə qərarını elan edib.

Qərarı şərh edən hüquqşünas Şamil Paşayev bildirib ki, Məhkəmə hərbi müdaxilənin, müharibənin teleyinə qarışmayıb. Yalnız Konvensiyanın 2 və 3-cü maddələrinin tələbinin müharibə dövründə qüvvədə olmasını bildirib: "Qərara əsasən hər iki tərəf - Ermənistan və Azərbaycan tərəfindən mülki əhalinin yaşamaq və işgəncə, pis rəftara məruz qalmama hüququnun pozulmaması üçün mülki əhalini hədəf alan hərbi tədbirlərdən çəkinməyə çağırılır. Ermənilər dünya ictimaiyyətinə nə qədər müharibədə tərəf kimi qondarma "arsaxt respublikasını" göstərməyə çalışsalar da, məhkəmə yenə də digər qərarlarında olduğu kimi, müharibədə tərəf kimi Ermənistan Respublikasını tanıyır".

Məhkəmə tərəflərdən mülki əhalinin hədəf alınmaması ilə bağlı tədbirlər barədə məlumat tələb edib.

Ş.Paşayevin sözlərinə görə, ermənilərin kifayət qədər dinc, mülki əhalini hədəf alan hərəkətləri var, bununla bağlı bizim üzərimizə düşən vəzifə düzgün sənədləşməni hazırlayıb, dünya ictimaiyyətinə və məhkəməyə təqdim etməkdir: "Bundan başqa nəzərə almaq lazımdır ki, AİHM-nin yurisdiksiyası altında olan Azərbaycan və Ermənistan üçün Məhkəmənin bu sahədə tətbiq etdiyi yanaşma beynəlxalq hümanitar hüququn əhəmiyyətini azaltmır. Məhkəmənin istər daxili, istərsə beynəlxalq hərbi konfliklərdə ölkələrin hərbi əməliyyatlarına beynəlxalq humanitar hüquq qaydalarını insan hüquqları ilə birgə tətbiq edir.

Avropa Konvensiyanın 15-ci maddəsinə görə də dövlətlər müharibə zamanı Konvensiyanın bəzi müddəalarından geri çəkilirlər, ancaq bu beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə beynəlxalq humanitar hüquqa zidd olmamalıdır.

Bundan başqa AİHM mülki əhalinin öldürülməsi konvensiyanın 2-ci (yaşamaq hüququ) 3-cü (işgəncələrin qadağan olunması) maddələrinin pozulması kimi də qiymətləndirilir".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar