“Əgər KTMT döyüşlərə müdaxilə etsə, bizim müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər” - Polad Bülbüloğlu
Baxiş sayı:
Dərc olunub:
30/09/2020 - 14:16
“Türkiyə rəhbərliyində təmsil olunan siyasətçilər kifayət qədər praqmatik insanlardır, onlar Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nə olduğunu bilirlər. KTMT niyə münaqişəyə müdaxilə etmir? Çünki döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə etsə, bizim müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin RBC telekanalına müsahibəsində deyib.
“Nikol Paşinyan bu faciənin günahkarıdır. Fikrimcə, kiçik ərazidə Türkiyə ilə Rusiyanı toqquşdurmaq cəhdi var. Paşinyanın komandası qərbyönümlüdür və müəyyən sifarişi yerinə yetirir”, - səfir vurğulayıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hörmətli Müğənni-Bəstəkar, Şuşa yetirməsi-ümidlimiz RFdəki səfirimiz, axı, hərbi genosid cinayətkarına hər hansı yardım və dəstək də cinayət, ya ona ortaqlıqdır?