VUR OĞLUM!

Nurəddin İSMAYIL

Azğın düşmən ayaq alıb üstünə,

Çək silahı, hədəf eylə, vur oğlum.

Qoyma yadlar dursun sənin qəsdinə,

Vətəninin keşiyində dur oğlum.


Unutma sən soyu qədim cəddini,

Hünər göstər kafir bilsin həddini,

Qana qan al, dağıt onun səddini,

Xainlərə qazdır məzar, gor oğlum.


Ayrı düşüb candan canın Şuşası,

Çətin, ürək dinclik tapıb, susası,

Qiyamətə qoyma qalsın qisası,

Əsarətin zəncirini qır oğlum.


Kəfən olmuş bayraq neçə ərənə,

Vətən üçün canı qurban verənə,

Torpağından zalım gərək kürənə,

Ədalətin divanını qur oğlum.


Birlikdədir gücü ulu millətin,

Haqq yoludur getsən, yolu millətin,

Basılmayan sənsən, qolu millətin,

Qoy yoluna saçsın işıq, nur oğlum.

14.06.2020

Hər şəhidin ruhumun doğması, hər qazin canımın ağrısı hər qarış torpağın səcdə yerim, hər daşın səngərim, başımıntacı, könlümün vüqarı Vətənim Azərbaycan

CANIM VƏTƏN

Azərbaycan, doğma yurdum, canım vətən,

Göz bəbəyim, şah damarım, qanım vətən.

Göydə Allah, yerdə sənsən pənahımız,

Başım tacı, həm sultanım, xanım vətən.

Sənsən mənim könül mülkü əzəl eşqim,

Sinəsində boy atdığım anam vətən.

Hansı cəllad param-parça etmiş səni,

Dərdlərinlə qoy alışım, yanım vətən.

Mavi gözlü, al çöhrəli, yaşıl bayraq,

Olsun mənim şəhid qanlı donum vətən.

Qurban demiş bizi doğan ana sənə,

İstiqlalım, hürriyyətim, şanım vətən.

Yoxdur mənim səndən özgə səcdə yerim,

Sən olmasan gedər əldən dinim vətən.

İlhamını səndən alıb ruhum mənim,

Ülviyyətim, sönməz eşqim, andım vətən.

Harda olsaq, hara getsək, yol sənədir,

Ayrı düşsəm sənsiz çatar sonum vətən.

Əsgərinəm, qəbul eylə canı məndən,

Başdaşıma şəhid adın yonum vətən.

01.12.2018

635x100

Şərhlər

OQTAY 2020-10-02 19:41:10

Var ol,SAIR!!!Diline,qoluna saqliq!!!

Xalq 2020-09-30 19:05:32

Yaxşı şerdir.

Son yazılar