Menu

Şəhid generalın anasından əsgərlərə ÇAĞIRIŞ

30.09.2020, 17:22
Şəhid generalın anasından əsgərlərə ÇAĞIRIŞ

"Şuşada Azərbaycan bayrağını sancmaq Polad Həşimovun ən böyük arzusu idi"

Şəhid general Polad Həşimovun anası cəbhə bölgəsinə gedən, döyüşlərdə iştirak edən vətənin qəhrəman övladlarına çağırış edib.

Unikal.org-a açıqlama verən Səmayə Həşimova cəbhədə döyüşən əsgərlərimizi qələbəyə səsləyib: “Mən əsgərlərimə deyirəm ki, qolları qüvvətli olsun. Allahın əli onların kürəyində olsun. Can sağlığı ilə, döyüşüb torpaqlarımızı işğaldan azad eləsinlər. Şuşada Azərbaycan bayrağını sancmaq Polad Həşimovun ən böyük arzusu idi.

Əsgərlərimiz bayrağımızı Qarabağımızda, Şuşada sancarkən “Polad Həşimovun ruhu şad olsun” desinlər. Mən Polad Həşimovun anası kimi deyirəm ki, Allah bütün əsgərlərimizə qüvvət və can sağlığı versin.

Dözümlü olsunlar, yaxşı döyüşüb, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad eləsinlər”.

Şərhlər

Hüsniyyə 2020-10-01 14:28:36

SAĞ OL ANA.ALLAH BÜTÜN ƏSGƏRLƏRİMİZİN YAR VƏ YARDIMCISI OLSUN.

Nermin 2020-10-01 13:38:40

Kaş bu gün esgerleriyle cicin ciyine olaydı bu gün o sevinçleri yasayaydi Polad qardasimiz

Guler 2020-10-01 11:03:42

Anacan senede allah sebr versn ve esgerlere allah komey olsun

Gülbahar 2020-10-01 10:35:10

Can Ana! İnşallah o gün gələcək! Poladların, Müb arizlərin, İlqarların, Raqiflərin, bütün şəhidlərin ruhu şad olacaq! Şuşada Azərbaycanın üç rəngli bayrağı dalğalanacaq! Şhidlərimizin ruhu şad olsun!

Allah size sebr versin esgerle 2020-10-01 09:29:52

rimize can sagligi ve ugur versin

Fariz 2020-10-01 09:08:20

Anamiz cox sagol INWALLAHKI OGLUNUZUN RUHU WAD OLAR

Xalq 2020-09-30 19:35:16

Sağ ol ana! Sənin ordudakı oğulların səni eşitdilər!

Allahqulu 2020-09-30 19:24:48

Kaş bütün analarımız belə olsun!

Kələntər 2020-09-30 19:02:13

Narahat olma Ana, Poladın ruhu son qələbəyədək əsgərlərlədir !

Faride 2020-09-30 18:28:48

Gence

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol