Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb

“Ermənistan ona qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair heç bir dəlilə söykənməyən yalan iddialarla çıxış edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Bu, Ermənistanın qarşısında Türkiyənin olduğu faktını yaratmaqla arxasındakı dəstəyi artırmaq məqsədi güdür və "qara piar"dan başqa bir şey deyil. Həmçinin bu iddialar onları dəstəkləyənlərdən başqa, heç kim tərəfindən ciddiyə alınmayıb. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri təkbaşına qələbə qazanacaq imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə sahib olduğunu ötən bir neçə gün ərzində bütün dünyaya göstərib”, - deyə qeyd olunub.

635x100

Şərhlər

Xalq 2020-09-30 21:27:34

Çox sağ ol hər bir Azərbaycanlının doğma qardaşı RƏCƏB TAYYİB ƏRDOĞAN PAŞAMIZ!

Vusal 2020-09-30 20:38:25

Mende doyuse cetmek isteyirem

t.ədalət 2020-09-30 20:33:18

Respublikamızda erməni və rus təəssübkeşləri az deyil.Onlar sadə camaat,hətta parlament deputatları arasında da var.Özlərini gözə soxmaq üçün,bu adamlar cəbhə xəttinə də yol tapır,düşmənlərimizi mnəlumatlandırırlar.Odur ki,ordumuzun döyüş yerinə nə deputatları,nə "hərbi ekspert"ləri,nə də digər peşə adamlarını buraxmaq qadağan olunmalıdır.Döyüş bölgəsindəki balalarımızın xatirinə biz bu adamların qarşısına sədd çəkməliyik!Onlar çox sırtıq olurlar,hətta mahnı oxumaq adı ilə də cəbhə xəttinə soxulmağa çalışırlar.

Son yazılar