Menu

Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünü keçirməyə hazırdır - Rusiya XİN

30.09.2020, 20:46
Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünü keçirməyə hazırdır - Rusiya XİN

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ayrı-ayrılıqda azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatskanyanla telefonla danışıb.

Rusiya XİN-in mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Atəşin dərhal dayandırılması və gərginliyin deskalasiyası, eləcə də təxribatçı və döyüşkən ritorikanın yolverilməzliyinə çağırış səslənib. Tərəflərin tezliklə danışıqlar masasına qayıtmalarının vacibliyinə işarə vurulub.

S.Lavrov qeyd edib ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması üçün şəraitin yaradılmasına istiqamətlənən vasitəçilik səylərini davam etdirəcək. Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşü daxil olmaqla müvafiq təmasların keçirilməsi üçün Moskva platformasının hazır olduğu təsdiqlənib.

Şərhlər

B.Qarabağlı 2020-10-01 10:38:59

N.V,Paşinyan ehtimal ki, İ.Əliyevlə görüşmək istəyir? Məncə, onlar azı üç həftənin tək günləri(10-15 dəfə) görüşməlidir ki, dialoq alınsın! Damışıq yeri də Tiflisdir! Digər heç bir diplomatiya nəticə yox, əlavə QICIQ verəcək!

Xalq 2020-09-30 21:55:44

kalantaryan erməni Qarabağı təmiz tərk edəndən sonra Azərbaycan danışıq masasına otura bilər. Yoxsa danışıqlar mümkün deyil.

t.ədalət 2020-09-30 21:52:51

Moskva əvvəlki kimi düşmənçilik mövqeyini davam etdirir.Atəşi dayandırmağı tələb etsə də işğalçı ermənilərin Azərbaycan ərazilərindən çıxmasından danışmır.

kalantaryan - a 2020-09-30 21:26:14

........... kalantaryan, 30 il " vasitechi " kimi, daima Azerbaycana qarshi DUSHMENCHILIK EDIBSEN, XALQIMIZI ALDADIBSAN.........

kalantaryan - a 2020-09-30 21:20:47

........... kalantaryan, 30 il " vasitechi " kimi, daima Azerbaycana qarshi DUSHMENCHILIK EDIBSEN, XALQIMIZI ALDADIBSAN.........,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol